Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Prezident İlham Əliyevin televiziya kanallarına müsahibəsi Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında çox önəmlidir

0

  •        Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. Müsahibə zamanı jurnalistlərin suallarına cavablandıran ölkə başçısı bir sıra məsələlərə aydınlıq gətirib. Dünyada və ölkəmizdə baş verən proseslərə münasibətini bildirib. Bu müsahibə bir daha onu təqdiqlədir ki, Prezident İlham Əliyevin bütün milli məsələlərdə, aparılan islahatlardan hər bir vətəndaşımızın məlumatlı olmağını istəyir. İctimai Televiziyanın əməkdaşı Nərmin Salmanova dünyada yüksək qiymət artımı və inflyasiya müşahidə olunmaqdadır, təbii ki, bu da Azərbaycana təsirsiz ötüşmür fikrini bildirərək ölkəmizdə bu təsirlərin azaldılması istiqamətində, xüsusilə də aztəminatlı əhalinin sosial rifah halının gücləndirilməsi, onlara dəstək verilməsi istiqamətində hansı addımlar atıla bilər sualını ünvanladı. Bu suala cavabında ölkə başçısı qeyd etdi ki, minimum əməkhaqqının 15 faiz artması əlbəttə ki, inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıbdır və minimum əməkhaqqı artıq 345 manata çatıbdır. Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq.Eyni zamanda, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Yəni, son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə atılan addım deyil, bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, əlbəttə ki, gələcəkdə də buna oxşar addımlar atılacaq.Mən bir vətəndaş kimi görürəm ki, dövlətimiz tərəfindən həmişə sosial sahəyə böyük diqqət yetirilir. İnanırıq ki, Böyük Qayıdışın məntiqi nəticəsi olaraq Azərbaycan öz gücünü daha da artıracaqdır. Qarabağ və Şərqi Zəngəzurda olan maddi resurslarımız, iqtisadi potensialımız ölkə iqtisadiyyatının güclənməsinə təkan verəcək. Hər bir vətəndaşı maraqlandıran suallarından biri də Zəngəzur dəhlizinin açılması və Qərbi Azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtması üçün hansı ideoloji addımların atılmasıdır. Jurnalist İlqar Mikayıloğlunun "Qərbi Azərbaycan İcması ilə bağlı görüşdə dedikləriniz məhz ürəyinizdə olan idi, yoxsa hələ də demədiyiniz nələrsə var" sualına Cənab Prezident hər birimizin ürəyincə olan cavab verdi. Prezident bildirdi ki, əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq. Çünki bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.Bir Xocalı sakini olaraq bugünkü uğurlardan, gələcəyə atılmış əmin addımlardan olduqca məmnunam. Cənab Prezidentimizin hər çıxışı bizə böyük inam verir, xoş gələcəkdən xəbər verir. İnanıram ki, Qarabağ problemi həll edildiyi kimi, Qərbi Azərbaycan problemi də həll ediləcək və Azərbaycan dünyada söz sahibi olan ölkələrdən birinə çevriləcəkdir.Akif Rüstəmov,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib48 dəfə
    Prezident İlham Əliyevin televiziya kanallarına müsahibəsi Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında çox önəmlidir

    Maraqlı gələ bilər
    255
    54